Bayden Putin barədə fikirlərinə görə üzr istəməyəcəyini deyib
ABŞ Prezidenti Co Bayden bildirib ki, ölkəsi Vladimir Putinin Rusiya prezidentliyindən devrilməsinə nail olmağa yönəlmiş siyasət yürütmür.
AYNA xəbər verri ki, bu barədə TASS məlumat yayıb.
“Pis adamlar pis işlər görməyə davam etməməli olduğu kimi, o da hakimiyyətdə qalmasın. Mən bu barədə qəzəbimi bildirdim. Lakin bu o demək deyil ki, bizim əsas siyasətimiz Putini hansısa yolla devirməkdir”,- deyə Bayden bildirib.
O, martın 26-da Varşavaya səfəri zamanı verdiyi açıqlamanı belə izah edib.
Bayden vurğulayıb ki, o, yalnız mənəvi qəzəbini ifadə edib və buna görə üzr istəməyəcək.
ABŞ Prezidenti həmçinin vurğulayıb ki, onun Rusiya Federasiyasının prezidenti ilə bağlı bəyanatları diplomatik qarşılıqlı əlaqələri çətinləşdirməyəcək və Ukraynada gərginliyə səbəb olmayacaq.
Qeyd edək ki, martın 26-da Varşavada çıxış edən Bayden deyib ki, Ukraynada hərbi əməliyyat heç vaxt Rusiyanın qələbəsi ilə bitməyəcək. Ağ Ev rəhbəri açıqlamasında bildirib ki, Putin hakimiyyətdə qala bilməz.