Amerika Əlcəzairin Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsinə dair qətnamə layihəsini bloklayıb
ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan istifadə edərək, Əlcəzairin Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsinə dair qətnamə layihəsini bloklayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya, İsveçrə və Böyük Britaniya bitərəf qalıb. ABŞ isə qətnamə layihəsinə qarşı çıxıb.
Qeyd edək ki, Fələstin hazırda BMT-də daimi müşahidəçi statusuna malikdir. Ölkə təşkilata tamhüquqlu üzvlük üçün hələ 2011-ci ilin sentyabrında müraciət etmişdi. Lakin məsələ Təhlükəsizlik Şurasının komitəsində yeni üzvlərin qəbulu ilə bağlı hüquqi müzakirələrdən keçməmişdi.