Yaxın günlərdə Texas və Luiziana ştatlarında tornado təhlükəsi davam edəcək
ABŞ-nin Texas və Florida ştatlarında tornado olub. AYNA xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.
Texasın şimalındakı Perriton şəhəri ən çox zərər çəkib.
Burada 3 nəfər ölüb, daha biri itkin düşüb. 75-ə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə ev dağılıb.
Florida ştatının Escambia qraflığında növbəti tornado nəticəsində daha bir nəfər ölüb. ABŞ-nin cənub-şərqində 400 min ev elektriksiz qalıb.
Yaxın günlərdə Texas və Luiziana ştatlarında tornado təhlükəsi davam edəcək.
ABŞ-ın cənubunda bu həftə isti dalğası yaşanır, bəzi ərazilərdə temperaturun 40 dərəcə Selsi və daha yüksək olması tornadoların əmələ gəlməsinə səbəb olur.