ABŞ-dan Rusiyaya mesaj: Bayden Finlandiyaya tarixi səfər edəcək

Dünya

23.05.2023 - 16:25

cedabet dərman SEO Xidməti

ABŞ bu səfərlə Rusiyaya Finlandiyanı və bütün Skandinaviya ölkələrini qorumaq öhdəliyi barədə mesaj göndərmək istəyir

ABŞ Prezidenti Co Bayden iyulun əvvəlində Helsinkiyə səfər edəcək.

AYNA-nın məlumatına görə, Finlandiyanın “İltalehti” nəşri mənbələrə istinadən yazır ki, reallaşarsa, səfər tarixi xarakter daşıyacaq: bu, ABŞ-ın fəaliyyətdə olan Prezidentinin Finlandiyaya ilk səfəri olacaq və görüş fövqəldövlətin Rusiya ilə birbaşa əlaqələri ilə bağlı olmayacaq.

Baydenin Finlandiyaya səfəri iyulun 11-12-də Vilnüsdə NATO sammitinin başlaması ilə eyni vaxta təsadüf edəcək. Beləliklə, mümkün səfər vaxtı əvvəlki həftə sonu ola bilər, yəni 8-9 iyul tarixində.

Mənbələr “İltalehti”yə bildiriblər ki, ABŞ bu səfərlə Rusiyaya mesaj göndərmək istəyir ki, ABŞ Finlandiyanı və bütün Skandinaviya ölkələrini qorumağa sadiqdir.

Qeyd edək ki, mayın əvvəlində Finlandiya, Danimarka, İslandiya, Norveç və İsveç Skandinaviya ölkələri liderlərinin sammitinin ardınca Ukraynanı Aİ və NATO-ya üzvlük yolunda dəstəklədiklərini bəyan etdikləri bəyanat qəbul etdilər.

Aprelin 4-də Finlandiya Alyansın 31-ci üzvü olmaqla rəsmi olaraq NATO-ya qoşuldu. Bu, Rusiya Federasiyasının NATO ilə quru sərhədinin iki dəfə artmasına səbəb oldu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş