ABŞ-da Ukraynaya yardım üçün vəsait tükənir?

Dünya

04.04.2023 - 12:24

cedabet dərman SEO Xidməti

“Vaşinqtonun Kiyevə hərbi yardım büdcəsinin sentyabr ayına yaxın tükənəcəyi gözlənilir”

ABŞ-ın Ukraynaya yardım üçün vəsaiti tezliklə tükənəcək. AYNA xəbər verir ki, bu barədə “The New York Times”a yüksək çinli amerikalı məmurlardan biri deyib.

Məmur Vaşinqtonun Kiyevi dəstəkləmək qabiliyyətini itirəcəyi dövrü açıqlayıb.

Məqalədə deyilir ki, indiyədək Qərbin dəstəyi möhkəm olub, lakin buna zəmanət verilməyib.

“Vaşinqtonun Kiyevə hərbi yardım büdcəsinin sentyabr ayına yaxın tükənəcəyi gözlənilir”, - amerikalı məmur vurğulayıb.

Eyni zamanda, qeyd edilir ki, Ukraynaya göndərilən artilleriya mərmiləri və raketlərin son tranşı Kiyevə yardım üçün “son ümidsiz cəhd” olub.

Bundan əvvəl ABŞ hakimiyyəti Ukraynaya yeni yardım paketi elan etmək qərarına gəlib. Dəstəyin məbləğinin 2,6 milyard dollar olacağı dəqiqləşdirilib. Yardıma tank əleyhinə raketlər, yanacaq daşıyan maşınlar, bərpa maşınları kimi hərbi texnika daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş