2 nəfər ölüb, 18 nəfər yaralanıb
ABŞ-ın Kaliforniya ştatının Fullerton şəhərində kiçik təyyarənin binaya çırpılması nəticəsində azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə ştat polisi öz “X” səhifəsində məlumat yayıb.
“2 nəfər ölüb, 10 nəfər yerli xəstəxanalara çatdırılıb, 8 nəfərə yerindəcə tibbi yardım göstərilib və evə göndərilib. İstintaq davam edir”, - deyə məlumatda bildirilib.