Hakerlər ABŞ-ın cənub-şərqində xidmət göstərən “OneBlood” qan mərkəzinə hücum ediblər
Hakerlər ABŞ-ın cənub-şərqində xidmət göstərən “OneBlood” qan mərkəzinə hücum ediblər. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ-ın cənub-şərqində xidmət göstərən qeyri-kommersiya qan mərkəzi proqram sisteminə təsir edən ransomware hücumu ilə üzləşdi”, - məlumatda qeyd olunub.
Hazırda kibertəhlükəsizlik üzrə ekspertlər, federal, əyalət və yerli qurumlar vəziyyətə cavab vermək və təşkilatı yenidən onlayn rejimə keçirmək üçün qan mərkəzi ilə işləyirlər. Haker hücumuna baxmayaraq, təşkilatın işi davam edir.