ABŞ-da narkomanlara silah sahibi olmağa icazə verilib

Dünya

10.08.2023 - 20:23

cedabet dərman SEO Xidməti

Reuters: ABŞ Federal Məhkəməsi narkotik aludəçilərinə qoyulan qadağanı ləğv edib

ABŞ Federal Məhkəməsi narkotik aludəçilərinə silah sahibi olmaq qadağasını ləğv edib. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, qadağanın ləğv edilməsinə səbəb avtomobildə tapança və yarı avtomatik tüfəng, həmçinin marixuana ilə saxlanılan Patrik Danielsin işi olub. O, bəzən narkotikdən istifadə etdiyini etiraf edib.

Daniels dörd il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, Federal Məhkəmə bildirib ki, ABŞ Konstitusiyasına ikinci düzəliş şəxsin özünü müdafiə məqsədi ilə ictimai yerlərdə silah gəzdirmək hüququnu qoruyur.

"Tariximiz və ənənəmiz sərxoş şəxsin silah gəzdirmək hüquqlarına bəzi məhdudiyyətləri dəstəkləyə bilər, lakin bu, ayıq vətəndaşı yalnız keçmişdə narkotik istifadəsi əsasında tərksilah etməyə haqq qazandırmır", deyə hakim Cerri Smit qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş