ABŞ-da məktəbdə atışma olub, yaralılar var

Dünya

23.01.2025 - 02:04

Həkimlər Klinikalar SEO Xidməti

şagirdlərdən biri digər iki şagirdə atəş açıb

ABŞ-ın Tenessi ştatının Neşvil şəhərində məktəbdə atışma olub. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə məktəbin yeməkxanasında baş verib.

Qeyd olunub  ki, şagirdlərdən biri digər iki şagirdə atəş açıb. Daha sonra o, silahı özünə doğru çevirərək atəş açıb.

Polisin məlumatına görə, hər üç şagird yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş