ABŞ-da hava limanında atışma: xəsarət alanlar var

Dünya

21.11.2021 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

Müvəqqəti olaraq təyyarələrin uçuşu dayandırılıb

ABŞ-ın Atlanta şəhərində hava limanında baş verən odlu silahla insident nəticəsində bir neçə nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) məlumat yayıb.

İnsident nəticəsində 3 nəfərin yaralandığı qeyd edilir.

Hadisə müvəqqəti olaraq təyyarələrin uçuşunun dayandırılmasına səbəb olub.

Bundan əvvəl bildirilib ki, Xartsfild-Cekson Beynəlxalq Hava Limanında odlu silahdan təsadüfən açılan atəş insanları qorxudub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş