İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 40 xilasedici mina axtaran it hədiyyə edilib. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, itlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub və 30 milyon kvadratmetrdən çox ərazini təmizləyiblər.
Bundan əlavə, səfirlikdən verilmiş məlumatda qeyd edilib ki, növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici mina axtaran 30 it hədiyyə ediləcək.