Zurab Sereteli vəfat edib

Dünya

22.04.2025 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Rəssam və heykəltaraş 92 yaşında dünyasını dəyişib

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, heykəltaraş Zurab Sereteli 92 yaşında vəfat edib.

Bu barədə AYNA Rusiya mediasına istinadən xəbər yayıb.

Qeyd edək ki, rəssam 1934-cü ildə Tbilisidə anadan olub, 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Onun fərdi sərgiləri dünyanın aparıcı mədəniyyət mərkəzlərində, o cümlədən Moskvada, Bakıdakı Heydər Əliyev Mərkəzində, Parisdəki UNESCO-nun baş qərargahında, Romadakı San Salvatore Muzeyində, Veronadakı Palazzo della Gran Guardia mərkəzində, Kanndakı Festivallar və Konqreslər Sarayında keçirilib.

Sereteli “Dostluq” ordeni ilə təltif edilib. UNESCO-nun xoşməramlı səfiri seçilən rəssam Zalsburqda Avropa Elmlər və İncəsənət Akademiyasının üzvü idi. O, həmçinin Fransanın Fəxri Legion ordeninin kavaleri, “İncəsənətdə ömürlük nailiyyət” mükafatı və Romadakı İncəsənət Akademiyasının Cüzeppe Şakki beynəlxalq mükafatının, UNESCO-nun “Beş qitə” medalının laureatı, Çin İncəsənət Akademiyasının üzvü olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş