“Çermet” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib
Bakıda qəza sıxlığa səbəb olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.