Zərdabda toy məclisi təşkil edən şəxs cərimələnib

Xəbərlər

04.12.2021 - 12:58

Həkimlər Klinikalar SEO Xidməti

Ev sahibi barəsində protokol tərtib olunub

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, yoxlamalar zamanı rayonun Qoruqbağı kəndində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol verən ev sahibi N.Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş