Zelenskidən dünya liderlərinə çağırış: “Putinə qarşı koalisiya yaradılmalıdır”

Dünya

24.02.2022 - 10:47

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti: “Dünya Rusiyanı sülhə vadar etməlidir”

Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə əlaqədar Vladimir Putinə qarşı koalisiya yaratmağa çağırış edib.

AYNA-nın xəbərinə görə, Zelenski tviter hesabında yazıb ki, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və Avropa İttifaqı liderləri Putini dərhal dayandırmalıdırlar.

“Putini dərhal dayandırmaq lazımdır. Ukrayna və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram. Putinə qarşı koalisiya yaradılmalıdır”, - deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti deyib ki, Rusiyaya qarşı dərhal ağır sanksiyalar tətbiq olunsun, Ukraynaya maliyə və müdafiə dəstəyi verilsin: “Dünya Rusiyanı sülhə vadar etməlidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş