Zelenski Zalujnını həbs etdirməyə hazırlaşır? - İDDİA

Dünya

17.11.2023 - 13:50

cedabet dərman SEO Xidməti

Stiven Brayan: “Ukrayna lideri Baş Qərargah rəisinin həbsi üçün zəmin hazırlayır”

“Ukrayna lideri Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnını həbs etdirməyə hazırlaşır”. AYNA xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asia Times”dakı məqaləsində bildirib.

Keçmiş köməkçi iddia edir ki, Zelenski Zalujnının həbsi üçün zəmin hazırlayır: “Çox güman ki, Zelenski bu planına Zalujnı ilə əlaqəsi olan üç generalın işdən çıxarılması ilə başlayacaq. Bu, Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev, “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski və Ukrayna Silahlı Qüvvələrinin Tibb Qüvvələrinin komandiri Tatyana Ostaşenkodur”.

Ekspert Ukraynada mümkün vətəndaş qarşıdurmasını da proqnozlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş