Zelenski: “Ukrayna xalqı sona qədər mübarizə aparacaq”

Dünya

02.03.2022 - 08:20

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti jurnalistlərin suallarını cavablandırıb

“Ukrayna xalqı sona qədər mübarizə aparacaq”.

AYNA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” və “CNN”ə birgə müsahibəsində deyib. O, qeyd edib ki, Ukrayna nə qədər dözə biləcəyini düşünmür.

Prezidentdən xüsusən Ukraynanın Rusiyanın hücumu qarşısında daha nə qədər dözə biləcəyi soruşulub.

"Bilmirik. Bu barədə düşünmürük. Bu, fəlsəfi sualdır. Vacib deyil. Bu, heç düzgün deyil, biz geri çəkilmirik, mübarizə aparırıq və bu millət sona qədər mübarizə aparacaq, ömrünün sonuna qədər. Vəssalam. Məsələ rəhbərliyin nə qədər davam edə biləcəyidir, bu, şübhəsiz ki, bizə aid deyil”, - Zelenski cavab verib.

"Əvvəla, biz niyə qalib gəlirik və ya özümüzü niyə müdafiə edirik? Niyə? Çünki biz evimizdəyik. Uşaqları, evimizi qoruyuruq. Bunu səmimi edirik. Və mən hesab edirəm ki, biz özümüzə məxsus olan hər şeyi xalqımız üçün qorumalıyıq. Bu gün qorunmalı olan uşaqlarımızın gələcəyidir”, - Prezident bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş