“Ukrayna nüvəsiz, bloklardan kənar və neytral statusu qəbul edəcək”
“Kiyev və Moskva nümayəndələri Ukraynanın nüvəsiz, bloklardan kənar və neytral statusunu nəzərdə tutan razılaşmaya yaxındırlar”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz hesab edirik ki, tərəflər razılaşmaya nail olmağa çox yaxındır”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, mümkün razılaşma ölkələrin rəhbərləri səviyyəsində təsdiq olunmalıdır: “Ukrayna nüvəsiz, bloklardan kənar və neytral statusu qəbul edəcək, lakin eyni zamanda, Avropa İttifaqının üzvü olacaq. Bu razılaşmanın əsas hissəsi təhlükəsizlik zəmanətidir. Təhlükəsizlik zəmanəti bizim ölkəni dəstəkləyəcək dövlətlər dairəsinin mövcudluğunu nəzərdə tutur. Rusiya tərəfdən təcavüz olduğu təqdirdə, bu ölkələrin liderləri Ukraynaya müxtəlif yollarla kömək edəcəklər”.