Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
AYNA.AZ xəbər verir ki, V. Zelenski səfərin 19 noyabrda baş tutacağını açıqlayıb.
Zelenski danışıqların intensivləşməsinə hazırlaşdıqlarını bildirib: “Tərəfdaşlara təklif edəcəyimiz inkişaf etmiş həllərimiz var. Müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın ilk prioritetidir. Həm də mübadilələri bərpa etmək və əsirləri qaytarmaq üçün çalışırıq”.