Ukraynada Rusiyaya və vətəndaşlarına məxsus əmlak müsadirə olunacaq
Ukraynada Rusiya dövlətinə və Rusiya vətəndaşlarına məxsus əmlaklar müsadirə olunacaq. AYNA UNİAN-a istinadən bildirir ki, bununla bağlı Prezident Volodimir Zelenski müvafiq qanun imzalayıb.
Sənədə əsasən, Rusiya Federasiyasının Ukraynaya və onun xalqına tammiqyaslı təcavüzkar müharibə apardığı nəzərə alınmaqla, müsadirə olunan əmlakın dəyəri hər hansı şəkildə ödənilməyəcək.