Ukrayna Prezidenti vitse-admiral Neyjpapa ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Odessa vilayətinə səfər edib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, səfər zamanı Prezident ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Oleksiy Neyjpapa ilə görüşüb.
Neyjpapa bir çox vacib mövzuların qaldırıldığı hesabatı ölkə başçısına təqdim edib. Xüsusilə, vitse-admiral Qara dənizdəki vəziyyət, Hərbi Dəniz Qüvvələrinin müdafiə imkanları, eləcə də Ukrayna Silahlı Qüvvələrinin dəniz qüvvələrinin inkişaf strategiyası ilə bağlı məlumatları təqdim edib.
Bundan əlavə, Ukrayna Prezidenti Neyjpapa ilə dənizdə pilotsuz təyyarə proqramının ilk nəticələrini və gələcək perspektivlərini müzakirə edib. Görüşdə Kiyevin raket proqramı barədə də danışılıb.