“Ukraynanın yaxın gələcəkdə NATO-ya üzvlüyü qeyri-mümkündür”
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın gələcəkdə ölkəsinin NATO-ya üzvlüyünü çətin hesab edir. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna lideri “Sky News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna Alyans üçün dəyərli müttəfiqdir, çünki o unikal müharibə təcrübəsi, yeni texnologiyalar və tərəfdaşlarının müdafiəsini gücləndirməyə hazırdır.
Zelenskinin sözlərinə görə, NATO-nun belə təcrübəsi yoxdur və bu, Ukraynanı Alyans üçün mühüm strateji tərəfdaş edir.
Eyni zamanda, Zelenski etiraf edib ki, hazırda “Ukraynanın NATO-ya daxil olması mümkün deyil, lakin tərəflərin qarşılıqlı marağı olduğunu” vurğulayıb.
"Mən demirəm ki, biz NATO-da olacağıq, amma kimsə Ukraynanın NATO-ya ehtiyacı var" deyəndə mən hesab edirəm ki, bu, qarşılıqlı ehtiyacdır. NATO-nun da ukraynalılara ehtiyacı var", - Zelenski vurğulayıb.