Ukrayna və Almaniya lideri regionda mövcud olan son vəziyyəti müzakiər ediblər
Almaniya kansleri Olaf Şolts fevralın 14-də Ukraynaya səfər edib. AYNA xarici mediaya istinadən bildirir ki, Şoltsun Kiyevdə Marinski Sarayında rəsmi qarşılanma mərasimi olub.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri arasında təkbətək görüş keçirilib.
Görüşdə regionda mövcud olan son vəziyyət, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Almaniya kansleri Ukraynadan sonra Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.