Zelenski girovluqdan azad olunan meri təltif edib

Dünya

18.03.2022 - 03:12

Həkimlər Klinikalar SEO Xidməti

Prezident bələdiyyə sədrinə tezliklə sağalıb işinə qayıtmasını arzulayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl xüsusi əməliyyat nəticəsində rusiyalı hərbçilərin  girovluğundan azad edilmiş Melitopol şəhərinin meri İvan Fedorovu III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edib.

AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası məlumat yayıb.

Prezident bələdiyyə sədrinə tezliklə sağalıb işinə qayıtmasını arzulayıb. Zelenski Melitopolun işğalının müvəqqəti olduğuna və tezliklə Ukrayna bayrağının şəhərin üzərində yenidən dalğalanacağına inandığını bildirib.

Mer etimada görə prezidentə təşəkkür edib və Melitopolun qaytarılması və Ukraynanın yaxınlaşan qələbəsi üçün tapşırıqları yerinə yetirməyə hazır olduğunu bəyan edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş