Zelenski amerikalı həmkarını Ukraynaya dəvət edib

Dünya

14.02.2022 - 04:53

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, güclü siqnal olacaq və deeskalasiyaya töhfə verəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydeni Ukraynaya səfərə dəvət edib.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Zelenskinin özü məlumat verib.

“Baydenə bildirdim, əminəm ki, yaxın günlərdə sizin Kiyevə gəlişiniz vəziyyətin sabitləşməsi üçün həlledici olacaq. Bu, güclü siqnal olacaq və deeskalasiyaya töhfə verəcək”, - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, fevralın 12-də prezidentlər arasında bir saatdan az çəkən telefon danışığı olub. Liderlər Ukrayna böhranını müzakirə ediblər

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş