“Mənə elə gəlir ki, vitse-prezident bir növ Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinə haqq qazandırır”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti J.D.Vensi Rusiyanı dəstəkləməkdə ittiham edib. AYNA.AZ xəbər verir ki, Ukrayna lideri bu barədə CBS telekanalına müsahibəsində deyib.
Eyni zamanda o, Rusiyanın siyasi rəhbərliyini ABŞ vitse-prezidentinə təsir göstərməkdə ittiham edib: “Mənə elə gəlir ki, vitse-prezident bir növ Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinə haqq qazandırır”, - deyə Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin Vensi hörmətsizlikdə ittiham edib.