"Buna ətraflı cavab yaxın gələcəkdə veriləcək, sözün əsl mənasında...”
“Rusiya tərəfi yaxın vaxtlarda Ermənistan hakimiyyətinin ikitərəfli münasibətlərə xələl gətirən bəyanatları ilə bağlı açıqlama verəcək”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” telekanalına deyib.
Onun sözlərinə görə, Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın, eləcə də İrəvanın digər rəsmi nümayəndələrinin həqiqətə uyğun olmayan və ikitərəfli münasibətlərin inkişafına zidd olan bir sıra bəyanatlara diqqət yetirib.
"Buna ətraflı cavab yaxın gələcəkdə veriləcək, sözün əsl mənasında...”, Zaxarova qeyd edib.