“Le Penin həbsinin tələb edilməsi, Pavel Durovun bu yaxınlarda həbsi Fransada demokratiyanın vəziyyətini nümayiş etdirir”
“Paris prokurorluğunun Milli Birlik Partiyasının lideri Marin Le Penin həbs edilməsini tələb etməsi, həmçinin “Telegram”ın həmtəsisçisi Pavel Durovun bu yaxınlarda həbsi Fransada demokratiyanın vəziyyətini nümayiş etdirir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.
" Durov, Le Pen... Fransada demokratiya vəhşiləşib", - deyə Zaxarova yazıb.
Bundan əvvəl Paris prokurorluğu 2027-ci ildə keçiriləcək növbəti seçkilərdə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və səsvermə hüququndan məhrum edilməsini tələb edib.