Zaqataladakı hava şəraiti meşə yanğınının söndürülməsini çətinləşdirir - FHN

Xəbərlər

31.08.2022 - 19:49

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik Zaqataladakı yanğınla bağlı məlumat yayıb

Zaqatala rayonundakı hava şəraiti meşə yanğınının söndürülməsini çətinləşdirir.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir. Havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir. Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş