Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.
AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb
Belə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.