Zaqatala meşələrində axtarış – FOTO, VİDEO

Hadisə

16.06.2022 - 14:51

Axtarış şəxsin itkin düşdüyü ehtimal olunan marşrut üzrə aparılır

13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

Zaqatala meşələrində axtarış – Zaqatala meşələrində axtarış – Zaqatala meşələrində axtarış – Zaqatala meşələrində axtarış – Zaqatala meşələrində axtarış – Zaqatala meşələrində axtarış –
Müəllif: Ayna.az