Zaqatala ərazisində itkin düşmüş əcnəbinin axtarışları davam edir

Xəbərlər

03.06.2022 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Nazirliyinin əməkdaşlarının iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə mayın 13-də Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda əcnəbi vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə - mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş