Gürcüstan “3+3” platfomasında iştirak etməyəcək
Gürcüstan “Altılıq platforması” da adlandırılan “3+3” təşəbbüsündə iştirak edə bilməyəcək. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Gürcüstan parlamentinin “Nazir saatı” formatında çıxışı zamanı deyib.
Nazir bildirib ki, məsələ ilə bağlı Gürcüstanın mövqeyini türkiyəli, azərbaycanlı və ermənistanlı həmkarları ilə keçirdiyi görüşdə aydın şəkildə səsləndirib.