Şuşa şəhərində şəhidləri anım mərasimi keçirilib
Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində şəhidləri anım mərasimi keçirilib.
AYNA xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter" səhifəsində paylaşımında bildirib.
Qeyd edək ki, 27 sentyabr - Anım Günü münasibətilə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.