Yunanıstan Rusiyadan təbii qaz alışını bərpa edib

Dünya

18.12.2024 - 17:57

Həkimlər Klinikalar SEO Xidməti

İlin əvvəlindən Yunanıstanın qaz idxalı 1,2 milyard avro təşkil edib

Oktyabr ayında Yunanıstan mart ayından bəri ilk dəfə Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa başlayıb. AYNA xəbər verir ki, bu barədə “Eurostat”ın məlumatları bunu sübut edir. Məlumata görə, idxalın dəyəri 27,3 milyon avro təşkil edib.

Qeyd olunub ki, boru kəməri qazının alışı dayanmayıb və oktyabrda illik müqayisədə 2,3 dəfə artaraq 149,6 milyon avro təşkil edib.

İlin əvvəlindən Yunanıstanın qaz idxalı 1,2 milyard avro təşkil edib.

Bundan əvvəl məlum olub ki, Rusiya oktyabrda yenidən Avropa İttifaqının ikinci əsas qaz tədarükçüsü olub.

Bu arada Ukraynanın energetika naziri Herman Qaluşenko bildirib ki, Kiyev 2025-ci il yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş