“Biz zaman-zaman belə saxta xəbərləri görürük, onlar təkrar-təkrar ortaya çıxır”
Yunanıstan hökuməti Rusiyanın S-300 və Amerikanın “Patriot” zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsi ilə bağlı xəbərləri təkzib edib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Nazirlər Kabinetinin nümayəndəsi Pavlos Marinakis bildirib.
“Biz zaman-zaman belə saxta xəbərləri görürük, onlar təkrar-təkrar ortaya çıxır. Hər şey yalandır. Böyük yalandır”, - deyə yunan rəsmi qeyd edib.
Qeyd edək ki, Yunanıstan hakimiyyəti dəfələrlə bəyan edib ki, Ukraynaya S-300 və ya “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük etmək niyyətində deyil, çünki onlar ölkənin müdafiəsi üçün mütləq lazımdır.