“Biz sosial şəbəkə siyasətimizi pozan və Ukrayna ilə əlaqəli kontenti silirik”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqin videosu “YouTube” şəbəkəsinin siyasətini pozduğuna görə bloklanıb. AYNA xəbər verir ki, bu barədə “Google” şirkətinin Mətbuat Xidməti məlumat yayıb.
“Biz sosial şəbəkə siyasətimizi pozan və Ukrayna ilə əlaqəli kontenti silirik”, - “Google” şirkətindən Zaxarova ilə bağlı açıqlamada deyilir.
Zaxarova isə açıqlamasında bildirib ki, “YouTube” Rusiya XİN-nin brifinqinin videosunu əngəlləməklə qaydaları kobudcasına pozub.