Yol polisi sürücülərə müraciət edib

Xəbərlər

12.06.2023 - 17:29

cedabet dərman SEO Xidməti

“Hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri​ aparılır”

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ) sürücülərə müraciət edib. DYPİ-dən AYNA-ya verilən məlumata görə, hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri​ aparılır.

"Bununla əlaqədar yolun inşaat işləri aparılan hissələrdə daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir”, - deyə qeyd edilib. ​

Bildirilib ki, DYPİ mövsümlə əlaqədar sözügedən avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını da nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş