Yenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb

İqtisadiyyat

25.09.2023 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. AYNA xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.

Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyninominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyninominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş