“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan nümayəndələrinin görüşü mümkündür”

Xəbərlər

30.06.2022 - 15:18

Qeiqoryan: "Nümayəndələr Moskva və Brüsseldə keçirilən görüşlərdə razılaşdırılan dörd əsas məsələni müzakirə edirlər"

"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş mümkündür". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, nümayəndələr Moskva və Brüsseldə razılaşdırılan 4 əsas məsələni müzakirə edirlər: "Bunlar humanitar məsələlərdir. İkincisi, kommunikasiyaların açılması, sonra delimitasiya və demarkasiyadır. Eləcə də Qarabağ probleminin həllidir”, - Qriqoryan bildirib.

“Bizim məlumatımız var ki, yaxın gələcəkdə oxşar görüş keçirilə bilər. İndi məsələ müzakirə olunur”, - Qriqoryan əlavə edib.

Müəllif: Ayna.az