Yasamalda bu küçələr yenidən qurulur

Xəbərlər

17.05.2022 - 20:44

Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunda uzunluğu 1 kilometrdən çox olan 4 küçədə yenidənqurma işləri aparır. AYNA xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, 318 metr uzunluğa malik Mirzəağa Əliyev küçəsində genişləndirilmə, 736 p/m bordür daşlarının dəyişilməsi, 950 p/m tamet daşlarının düzülməsi işləri görülüb. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 3600 kv.m təşkil edir.

Təmir işləri Bəşir Səfəroğlu küçəsində də aparılıb. Küçənin uzunluğu 316, eni ortalama 9 metr təşkil edir. Küçə boyu 724 p/m bordür, 846 p/m tamet daşı düzülüb. Ümumilikdə 3320 kv.m sahədə təmir işləri görülür.

Təmir işlərinin icra olunduğu daha bir ərazi Çingiz Mustafayev küçəsidir. 202 metr uzunluğa, 6 metr enə malik küçəyə 327 p/m bordür, 577p/m tamet daşı düzülüb.

Anoloji işlərin aparıldığı İsmayıl bəy Qutqaşınlı küçəsinin 194 metr uzunluğa malik hissənin eni 15 metrdir (Mirzəağa Əliyev küçəsi ilə Bəşir Səfəroğlu küçələrinin kəsişməsinə qədər olan hissə).

Sadalanan küçələrdə “İnşaat Norma və Qaydaları”na əsasən zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca 20 sm qalınlıqda 3 qat yeni asfalt-beton örtüyü döşənib.

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemlərinin bərpa olunması və işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması, yeni yağış quyularının tikintisi də yerinə yetirilib.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrdə parklanma yerləri təşkil ediləcək, üfüqi nişanlanma xətlərinin çəkilişi və yol nişanlarının quraşdırılması işləri icra olunacaq.

Müəllif: Ayna.az