Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Xəbərlər

03.12.2021 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxslə profilaktik söhbətlər aparıb və o, yaşadığı ünvana geri qaytarılıb

Siyəzəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Siyəzən rayon sakini sakini Amid Abbasovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil idarə edən həmin şəxslə profilaktik söhbətlər aparıb və o, yaşadığı ünvana geri qaytarılıb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş