Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir
Yardımlı rayonunda dəhşətli hadisə baş verib. AYNA-nın “Report”a istinadən xəbərinə görə, rayonun Vərgədüz kənd sakini 1 yaşlı Nəriman Tağılı yaşadığı evin həyətində quyuya düşərək vəfat edib.
Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.