Kişidanın reytinqi 16,9 faizə enib
Yaponiyanın Baş naziri Fumio Kişidanın reytinqi rekord həddə - 16,9 faizə düşüb. AYNA xəbər verir ki, bu barədə “Jiji” agentliyinin sorğusuna əsasən dünya mediası məlumat yayıb.
Qeyd olunub ki, bu rəqəm həm də Liberal Demokrat Partiyasının 2012-ci ilin dekabrında hakimiyyətə qayıdışından sonra rəhbərlik etdiyi administrasiya üçün ən aşağı göstərici olub.