Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edilib

Dünya

13.08.2022 - 19:28

Sakinlərin təxliyəsinə dair göstəriş verilib

Yaponiyanın paytaxtı Tokio istiqamətinə yaxınlaşan "Meari" qasırğası səbəbindən Şizuoka sahil prefekturasında 72 mindən çox insan təxliyə edilib.

AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya hökumətinin qiymətləndirməsinə görə, bu, mümkün beş təhlükə səviyyəsindən dördüncüsüdür. Bu səbəbdən səlahiyyətli şəxslər sakinlərin təxliyəsinə dair göstəriş verib.

Bildirilib ki, qasırğa səbəbindən 200-dən çox reys, eləcə də bir sıra prefekturalar arasında bərələrin hərəkəti ləğv edilib.

Müəllif: Ayna.az