Yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib
Avropadan qayıdan 30 yaşlı Yaponiya vətəndaşında meymunçiçəyi aşkar edilib.
AYNA-nın xarici mətbuata istinadla xəbərinə görə, bu barədə Tokio meri Yuriko Koike məlumat verib.
Yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib, onun səhhəti barədə məlumat verilmir.
ABŞ Xəstəliklərlə Mübarizə Mərkəzinin məlumatına görə, hazırda 74 ölkədə 16 836 meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.