Yaponiyada güclü zəlzələ baş verib

Dünya

02.06.2025 - 10:55

cedabet dərman SEO Xidməti

Zəlzələnin maqnitudası 5,9-a çatıb

Yaponiyanın Hokkaydo adasının sahillərində güclü zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi, iyunun 2-nə keçən gecə yerli vaxtla saat 3:51-də qeydə alınıb. Zəlzələnin maqnitudası 5,9-a çatıb. Seysmoloqlar bunu güclü hadisə hesab edirlər.

Zəlzələnin episentri 7 min nəfərdən çox əhalisi olan Hiroo kəndindən 53 kilometr cənub-şərqdə və 173 min nəfər əhalisi olan Obihiro şəhərindən 120 kilometr cənub-şərqdə yerləşib.

EMSC-nin məlumatına görə, yeraltı təkanların ocağı 33 kilometr dərinlikdə yerləşib. Tələfat və bölgədə sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş