Yaponiyada fövqəladə vəziyyət ləğv edilib

Dünya

25.05.2020 - 21:36

Yaponiyada koronavirusa qarşı mübarizə tədbirləri davam edir 

 

Yaponiyanın Baş Naziri Abe Şinzo Tokio metropoliteni və Hokkaydo əyalətində fövqəladə vəziyyət rejiminin aradan qaldırıldığını açıqlayıb. AYNA xəbər verir ki, Baş Nazir bu barədə koronavirusla bağlı keçirilən mətbuat konfransında məlumat verib. 

 

Abe mayın 31-dək uzadılmış fövqəladə vəziyyətin ləğv edilməsindən əvvəl hökumətin nəzdində olan ekspertlər qrupuna müraciət edildiyini söyləyib. 

 

Hökumət başçsı müraciətdən sonra Tokio və Hokkaydo daxil olmaqla, Kanagava və Saitama əyalətlərində də fövqəladə vəziyyət rejiminin qaldırıldığını bildirib.

Müəllif: Ayna.az