Yaponiyada bir sutkada COVID-19-dan rekord sayda ölüm qeydə alındı

Dünya

03.05.2020 - 12:03

Koronavirusdan ölənlərin ümumi sayı 530 nəfərə çatıb

 

Yaponiyada son sutka ərzində koronavirusdan rekord sayda, 31 ölüm halı qeydə alınıb. AYNA-nın xarici mediaya istinadən xəbərinə görə, Yaponiyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin ümumi sayının 530 nəfərə çatdığını açıqlayıb.

 

Bundan əvvəl Yaponiyada ən çox ölüm halı aprelin 23-də qeydə alınmışdı. Bu ölkədə son sutka ərzində 306 nəfərin koronavirusa yoluxduğu və ölkə üzrə belə xəstələrin sayının 15 min 500 nəfərə çatdığı bildirilir. İndiyədək 4600 nəfərin sağalaraq evə buraxıldığı bildirilən xəbərdə, vəziyyəti daha ağır olan 332 nəfərin hazırda reanimasiyada saxlandığı bildirilir.

 

Qeyd edək ki, Yaponiyada koronavirus pandemiyasına görə aprelin 17-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi mayın 6-da başa çatacaq və müddətinin daha bir ay uzadılması nəzərdə tutulub.

Müəllif: Ayna.az