Yaponiyada 5.5 bal gücündə zəlzələ olub

Dünya

11.05.2020 - 11:42

Sunami xəbərdarlığı edilməyib

 

Yaponiyanın şərqindəki İbaraki əyalətində 5,5 bal gücündə zəlzələ olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponiyanın Meteoroloji Agentliyi açıqlama yayıb.

 

Bildirilir ki, episentri İbaraki əyaləti olan zəlzələ 50 kilometr dərinlikdə qeydə alınıb. Yerli vaxtla saat 08:58-də baş verən zəlzələ ətraf əyalətlərdə də hiss edilib. Agentlik sunami xəbərdarlığı etməyib.

 

Müəllif: Ayna.az